FİA: Bəhreyn üzrə qərarın qəbul olunması iyunun 3-dək təxirə salınıb

FİA bəhreyn Qran Prisinin keçirilməsi üzrə qərarın qəbul olunmasını iyunun 3-dək təxirə salıb. Əgər bu tarixədək ölkədə vəziyyət yaxşılığa doğru […]

FİA bəhreyn Qran Prisinin keçirilməsi üzrə qərarın qəbul olunmasını iyunun 3-dək təxirə salıb. Əgər bu tarixədək ölkədə vəziyyət yaxşılığa doğru dəyişərsə, onda yarış ilin sonunadk keçirilə bilər, şayiələrə görə, yarış noyabrda – Abu Dabi və Braziliya Qran Priləri arasında təqvimdə yer alacaq.

İyunun 3-də FİA-nın Ümumdünya Şurası Barselonada toplaşacaq, iclasda yarışın keçirilməsi barədə yekun qərar qəbul olunmalıdır.

Rəsmi bəyanatda deyilir ki, Beynəlxalq Avtomobil Federasiyası Bəhreyn milli federasiyasına və Bahrain İnternational Circuit avtodromunun rəhbərliyinə “iyunun 3-dək vaxt verir, bu qərar Bəhreyn hökuməti və FOM-la məsləhətləşmələrdən sonra qəbul olunub…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*