F.Fauzi bu mövsüm bir neçə yarış keçirə bilər?

Malayziyalı sürücü Fayruz Fauzi bu gün ev Qran Prisinin sərbəst yürüşlərində doğma Lotus komandasının tərkibində rəsmən ilk dəfə trasa çıxıb, […]

Malayziyalı sürücü Fayruz Fauzi bu gün ev Qran Prisinin sərbəst yürüşlərində doğma Lotus komandasının tərkibində rəsmən ilk dəfə trasa çıxıb, elə o dəqiqə də paddoka şayiə yayılıb ki, komanda mövsümün gedişində həmyerlilsinin xidmətlərindən yalnız sərbəst yürüşlərdə deyil, hətta bəzi yarışlarda da yararlanmaq niyyətindədir.

Bu barədə öz bloqunda britaniyalı ekspert Adam Kuper yazıb, BBC-nin jurnalistləri isə sürücünün özündən müsahibə götürüblər…

Fayruz Fauzi: “Hər şey yaxşı keçdi və mənim üçün bu heç nə ilə müqyisə olunmaz təcrübə oldu. Təəssüf ki, sessiyanın sonuna yaxın problemlər əmələ gəldi və mən tam sürətlə gedə bilmədim.

Komandanın başçısı Toni Fernandes mənə demişdi ki, mövsümdə yarışların birində mənə həqiqətən belə bir imkan veriləcək ki, təkcə sərbəst yürüşlərdə deyil, elə bütün uik-end komandanı təmsil edəcəm. Ona görə gözləmək lazımdır, baxaq görək necə olacaq – məncə bu inanılmaz olacaq.”

Keçən il yerli sürücü Renault Dünya seriyasında vitse-çempion olub, bir qələbə qazanıb və uğursuz sıralanma turundan sonra bir neçə yarışda güclü çıxış edərək ekspertlərdə xoş təəssürat yaradıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*