Y.Ferstappen Çartli Uaytinqi istefaya çağırıb

F-1.az xatırladır ki, ABŞ Qran Prisini üçüncü yerdə başa vuran Maks Ferstappen yarış bitdikdən sonra Kimi Rəykköneni tras xaricindən keçdiyi üçün yekun nəticəsinə 5 saniyə əlavə edilmişdi. Beləliklə, podiuma çıxmağa hazırlaşan Maksın adı protokollarda dördüncü göstərilmiş, yerini Kimiyə verməli olmuşdu.

Hollandiyalı sürücünün atası Yos Ferstappen stüardların bu qərarını kəskin tənqid edib. O, rəsmi Twitter bloqunda paylaşdığı şəkildə FİA-nı Ferrari dəstəkçisi adlandırıb (FİA – Ferrari İnternational Assistance).

Yos Ferstappen: “Əgər bu qərarın arxasında Çarli Uaytinq varsa, dərhal istefa verməlidir. Bunun normal olduğunu düşünmürəm, əgər cəza verilməsəydi, nəticə tam başqa olacaqdı. Onlar sürücülərin yarışmalarını istəyirlər, yoxsa sadəcə dövrə vurmalarını? Həqiqətən, savaşan yeganə sürücü Maks idi və insanların görmək istədiyini edirdi. Gülünc qərardır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*