M.Ferstappen: McLaren-ləri görəndə təəccübləndim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, McLaren sürücülərini yanında görəndə təəccüblənib.

F-1.az xatırladır ki, Silverstounda sıralnam turu yenə də qarışıq şəraitdə olub. Tras get-gedə quruduğu üçün sürücülərin dərəcələri hər saniyə yaxşılaşırdı.

Lakin Ferstappen və Red Bull belə çətin şəraitdə səhv etməyərək, poul qazanıbıar. Bu, niderlandlı sürücünün ardıcıl 5-ci pouludur.

Sıralanma turunun ən böyük sürprizi isə sözsüz ki, iki McLaren sürücüsünün 2 və 3-cü yerdə olmaları idi.

Maks Ferstappen: “Çox dəlisov sıralanma turu oldu. Həyəcanlı sessiya idi. bəzi hissələr çox sürüşgən idi, amma dövrələrimiz vurduq. Daha sonra son sessiya gəldi. McLaren-ləri yanəmda görəndə çox təəccübləndim. Onların burada olması çox gözəldir.

Özümüzə gəldikdə isə poul qazandığım üçün sevinirəm. Xüsusən də birinci və ikinci sessiyada yaş bölgələr var idi. Buna görə də diqqətli olmalı idik. Həmişə limitdə olmalısınız, amma maşınınız sürətlidirsə, belə hallarda tam limitdə getməyə bilərsiniz.

İlk iki sessiyanı risk almadan keçsəniz, daha sonra sona qədər limitdə sürə bilərsiniz. Məncə, biz burada fərq açdıq. Yenə də fərq böyük deyildi. Dediyim kimi gözəl gün idi. İndidən sabahı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*