Williams yeni bolidin tizerini yayımlayıb – VİDEO

Williams komandası öz yeni bolidini fevralın 17-də Barselonada qış testlərinə iki gün qalmış təqdim edəcək.

F-1.az bildirir ki, bu gün Britaniya komandasının mətbuat xidməti təqdimata həsr olunan videonu yayımlayıb. Görüntülərdə yeni maşının tizeri yer alıb. Lakin bu görüntülər yeni bolidin necə olacağını təxmin etməyə imkan vermir.