25 Avqust 2019, Bazar - 11:20

Williams rekordunu yeniləmək niyyətindədir

Williams rekordunu yeniləmək niyyətindədir

Müəllif: Elçin Zodorov, redaktor

07:16 - 21 Yanvar, 2017

Williams komandasının mexanikləri keçən mövsüm 21 yarışdan 14-də hamıdan sürətli pit-stop edərək DHL Fastest Pit Stop Award mükafatının sahibi olmuşdular.

Bu, təkcə səmərəli texniki qərarların tətbiqinin yox, həm də intensiv fiziki hazırlıq da daxil olmaqla, xüsusi məşq metodikasının hesabına olmuşdu.

F-1.az xəbər verir ki, komandanın mexaniklərindən olan Endi Makmillan Sky Sports-a müsahibəsində bu barədə danışıb: “Ən sürətli pit-stoplara görə mükafat almaq bizim üçün çox əhəmiyyətlidir. Bu, bizim çoxillik məşqlərimizin və komandanın müntəzəm işinin nəticəsidir. Buna görə də biz növbəti mövsümdə də ən yaxşı olaraq qalmağa, mükafatı Red Bull və ya başqa komandaya verməməyə çalışacayıq.

Əslində, biz məşq edərkən bir-birimizlə yarışırıq. Həm də yaxşı dostlarıq. Bu, stabil nəticə göstərməyə müsbət təsir edən əsas amildir. Biz məmnuniyyətlə fiziki hazırlıqla məşğul oluruq və pit-stoplar üzərində işləyirik, çünki hamıdan öndə olmaq istəyirik. Bu il təkərlər daha enli olacaq, ona görə də daha çox məşq edirik. Biz gələn il nəinki 1.9 saniyəlik rekordu təkrarlamaq, hətta onu yeniləmək istəyirik. Bu, bizim oğlanlarla mümkündür”.

Makmillanın həmkarı Ed Smit də yeni rekordun mümkünlüyündən danışıb: “Biz məşqlərdə 1.7 saniyə ərzində pit-stopu tamamlaya bilirik. Deməli, şübhəyə yer yoxdur – bu mövsüm rekord yenilənəcək!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 995
Teqlər ,
Paylaş

logo