Williams komandası səhmlərini birjaya çıxarmağa hazırlaşır

Williams komandası səhmlərini Frankfurt birjasanıa çıxarmağa hazırlaşır – komanda bu addımı maliyyə gələcəyini təmin etmək üçün atır. Komanda bu münasibətlə […]

Williams komandası səhmlərini Frankfurt birjasanıa çıxarmağa hazırlaşır – komanda bu addımı maliyyə gələcəyini təmin etmək üçün atır.

Komanda bu münasibətlə bəyanat yayıb: “Birjaya ümumi səhmlərin 27.39%-i, yəni hər birinin nominal dəyəri 0.05 funt sterlinq olan 2739383 səhmi çıxarılacaq. Ser Frənk Uilyams komandanın əsas səhmdarı və səhmlərin nəzarət paketinin sahibi, həm də komandanın başçısı olaraq qalır.

Gözlənildiyinə görə, sifarişlərin formalaşması fevralın 9-dan başlayacaq və fevralın 28-də başa çatacaq. Frankfurt birjasında ilk satışlar martın 2-nə planlaşdırılıb…”

Səhmlər Almaniyada, Böyük Britaniyada, Avstriyada və İsveçrədə, o cümlədən, ABŞ, Kanada, Yaponiya və Avstraliyada satılacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*