Williams komandası Britaniyaya yeniliklər gətirəcək

Williams komandası bu həftə Britaniyaya yeniliklərlə gələcək.

F-1.az bildirir ki, Britaniya təmsilçisi yeni reqlamentdən ümidli olsa da, bu il də turnir cədvəlinin zirzəmisindən qurtula bilmir. Doqquz yarışda Aleks Elbon 3 xal qazandığı halda, Latifinin xalı yoxdur.

Deyv Robson: “Bu həftə üçün yeni aero paket gətiririk. Bu paketdən sadəcə Aleks Elbon istifadə edəcək. Yeniliklərin əsasını aerodinamik detallar və altlıq təşkil edir. Məqsədimiz bolidin asfaltayatma qüvvəsini artırmaqdır. Öz ölkəmizdəki yarışda yeniliklərin necə işləyəcəyi maraqlıdır. Yeniliklər böyük ehtimalla bolidin balansını və sürüşünü dəyişdirəcək. Sürücülərin yenilikləri anlaması üçün vaxt lazım olacaq. Gələn həftə Avstriyada sprint yarışı olduğu üçün bu həftə çox şey öyrənməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*