Williams FW31

Bu gün səhər Renault ilə eyni vaxtda Williams komandası da yeni maşınını nümayiş etdirib. Testlər başlamamış fotoqrafların cəmi 10 dəqiqə […]
wil1

Bu gün səhər Renault ilə eyni vaxtda Williams komandası da yeni maşınını nümayiş etdirib. Testlər başlamamış fotoqrafların cəmi 10 dəqiqə vaxtları olub, amma komanda xəbərdar edib ki, mərasim rəsmi təqdimetmə deyil – maşın keçid “qış” rənglərinə boyanıb, son versiyanı isə komanda yalnız fevralın sonunda, sponsorlarla müqavilələr bağlandıqdan sonra göstərəcək.

Williams komandası keçən mövsümü Mühəndislər Kubokunda səkkizinci yerdə başa vurmuşdu və yalnız Honda və Force İndia komandalarını qabaqlamışdı. Ser Frənk Uilyams hesab edir ki, bu gün Alqarvedə göstərilən maşın liderlərdən geriqalmanı tam aradan qaldırmağa imkan verəcək…

Frənk Uilyams: “Bizi qarşıda çox maraqlı mövsüm gözləyir. Aerodinamikaya yeni reqlament bizi məcbur etdi ki, biz çox istiqamətlərdə maşına münasibətimizi dəyişək, mən düşünürəm ki, Melburnda liderlər əvvəlki kimi güclü olacaqlar, amma ümid edirəm ki, FW31 onlardan geriqalmanı hissolunacaq dərəcədə aradan qaldırmağa imkan verəcək.”

Komandanın bəyanatına əsasən, Williams FW31 – son 30 ildə ağ vərəq üzərində qurulmuş ilk maşındır, bütün əvvəlki maşınlar müəyyən detalları sələflərindən götürmüşdülər…

wil3

Səm Maykl: “Yeni aerodinamikanın effektliyi mövsümün ilk üçdə ikisində qüvvələr nisbətinin formalaşmasına təsir edəcək, optimal çəki paylanması yeni təkərlərin potensialından istifadə etməyə imkan verəcək, daha bir yenilik KERS olacaq – nəzəri cəhətdən sistem dövrədə 0.2-0.3 saniyə qazanmağa imkan verməlidir, amma sonradan aerodinamikanın təkmilləşdirilməsindən sonra komandalar arasında fərq dövrədə saniyəyə kimi arta bilər, bu isə yarışda qalib gəlməyə kifayətdir. Yeni maşını qurarkən biz hər bir komponentdə maksimuma çatmağa çalışmışıq, harmonik maşın qurmuşuq, yeni maşın özündə effektlik və sürəti etibarlılıqla tərənnüm edəcək.”

Komanda bir çox şirkətlərlə müqaviləsini uzadıb və Philips şirkəti ilə əməkdaşlığını davam etdirəcəyini bəyan edib…

wil4

Adam Parr: “Biz sponsorlarımıza minnətdarlıq edirik, komandanın sabit büdcəsi var, gələn ilə biz büdcəmizi artırmağı planlaşdırmışıq. İndi bizim vəzifəmiz bizə inananların və dəstək verənlərin sərmayələrini yaxşı çıxışımızla qaytarmaqdır.”

Portimao trasında yeni maşının ilk yoxlanmasını komandanın test pilotu Niko Hülkenberq reallaşdırıb, əsas sürücülər sabahdan komandaya qoşulacaqlar…

wil5

Niko Hülkenberq: “Maşın elə ilk dövrədən pis görünmürdü, sükan arxasında mənə rahat idi, amma əsas odur ki, gün problemsiz ötüşdü, ilk test üçün bu çox vacibdir.

Əlbəttə, hamı keçənilki maşınla müqayisəni gözləyir, amma hələ bir söz demək çətindir – mən bu trası yaxşı tanımıram, əvvəllər burda heç işləməmişəm, həm də yağış yağırdı.

Əgər quru asfaltda Xeres və ya Barselonada işləsəydik, onda müqayisə etmək olardı, amma təkrar edirəm – bu gün komanda yalnız sistemləri yoxlayırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*