26 Mart 2019, Çərşənbə axşamı - 10:30

W Seriyası: İlk mövsümün təqvimi dərc olunub

W Seriyası: İlk mövsümün təqvimi dərc olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:22 - 15 Noyabr, 2018

Yeni W Seriyasının təşkilatçıları 2019-cu ildə start götürəcək ilk mövsümün təqvimini dərc ediblər.

F-1.az xatırladır ki, seriya bir ay əvvəl təşkil olunub və yalnız qadın sürücülərdən ibarət olacaq.

İlk mövsümn cəmi 6 yarışdan ibarət olacaq və may ayında başlayıb avqust ayında başa çatacaq. Yarışlar Avropanın 5 ölkəsinin 6 trasında keçiriləcək. Qeyd edək ki, həmin vaxtlarda elə həmin traslarda DTM çempionatının yarışları keçirildiyi üçün, çox güman ki, qadınların W Seriyası məhz DTM çempionatının dəstək yarışları siyahısına qoşulacaq.

W Seriyasının 2019-cu il mövsümü üçün təqvimi:

TarixTrasÖlkə
3-5 mayHokkenhaymAlmaniya
17-19 mayZolderBelçika
7-9 iyunMizanoİtaliya
5-7 iyulNorisrinqAlmaniya
19-21 iyulAssenHollandiya
10-11 avqustBrənd HətçBritaniya

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 308
Teqlər
Paylaş

logo