Qadınların öz çempionatı olacaq

Britaniyanın yeni yarış seriyası rəsmən təqdim olunub - Formula W seriyası gələcəkdə istedadlı sürücülərin Formula1-ə potensial keçidi məqsədilə məhz qadın sürücülər üçün yaradılıb.

F-1.az xəbər verir ki, seriyanı şotlandiyalı biznesmen Şon Uodsvort maliyyələşdirir, səhmdarları arasında isə Devid Kulthard və Ədrian Nyui də var. Seriyanın yarış direktoru McLaren komandasının keçmiş meneceri Deyv Rayan təsdiq olunub.

Çempionatın iştirakçılarına sponsor gərək olmayacaq – onları göstərdikləri nəticələrə görə dəvət edəcəklər, ona görə də starta ən istedadlı sürücülər çıxacaqlar. Planlaşdırıldığına görə, startda Britaniyanın Formula 3 çempionatında istifadə olunan 18-20 ədəd Tatuus T-318 bolidi yer alacaq, hər bir maşında 1.8 litrlik Autotecnica Motori turbomühərriyi çalışacaq.

Katrin Bon Myuir, seriyanın icraçı direktoru: “W seriyasının bazis prinsipi – qadınların avtoidmanda kişilərlə bərabər səviyyədə iştirak edə bilməsinə qəti əminlikdir.

Hazırda formulalarda qadınlar çox azdırlar, amma gələn ildən bizim çempionatın peyda olması onların sayını artıracaq. W seriyasının iştirakçıları dünya ulduzlarına çevriləcəklər, bütün dünya qadınları üçün nümunə hesab olunacaqlar…”

Devid Kulthard: “Nəticəni ciddi dəyişmək üçün prosesin özünü fundamental dəyişmək lazımdır və W seriyası yeni istedadların axtarışında belə fundament olacaq. Uğurlu sürücü olmaq üçün təcrübə, cəsarət və yaxşı sağlamlıq lazımdır, yəni bunun üçün mütləq kişi olmaq vacib deyil.”

W seriyasının ilk mövsümü gələn ilin mayında Almaniyada start alacaq və Avropa traslarında altı 30 dəqiqəlik yarışlardan ibarət olacaq. İlk mövsümün mükafat fondu 1.5 milyon dollar təşkil edəcək ki, bunun üçdə birini ilk çempion qazanacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*