Qadınların W Seriyasının ilkin heyəti məlum olub

Deyəsən, qadınlar bizim idmana da ciddi göz salıblar - yeni çempionatın maşını, motoru və təqvimi elan olunduqdan sonra artıq ilkin heyəti də açıqlanıb.

Biz iki ay əvvəl xəbər vermişdik ki, qadın sürücülərin iştirak edəcəyi yeni W seriyası gələn ildən start götürəcək. Hələ də bəzilərinin tərəddüdlə yanaşdığı çempionatın təşkilatçıları isə ilk çempionata hazırlığı plana uyğun davam etdirirlər.

F-1.az xatırladır ki, çempionatda planlaşdırıldığına görə, startda Britaniyanın Formula 3 çempionatında istifadə olunan 18 ədəd Tatuus T-318 bolidi yer alacaq, hər bir maşında 1.8 litrlik Autotecnica Motori turbomühərriyi çalışacaq. Təqvimdə isə 6 yarış yer alıb.

Təşkilatçıların bəyanatına görə, 30 ölkədən 100-dən çox müraciət alıblar. Bu müraciətlərdən 55 namizəd seçilib – xanım sürücülər qarşıdakı bir ay ərzində üçgünlük xüsusi testlər keçirəcəklər – testlərdə sürücülərin fiziki hazırlığı və peşəkarlıq səviyyəsi dəyərləndiriləcək. Testlərin yekununa görə ilk mövsümün 18 iştirakçısı müəyyən ediləcək.

İştirakçılar arasında tanınmış simalar və gözlənilməz adlar var: məsələn, Lotus komandasının keçmiş developer sürücüsü 30 yaşlı Karmen Xorda, Renault 3.5 Formulasının keçmiş iştirakçısı Beytske Visser. Onlarla birlikdə ilk çempionatda 2010-cu ildə Britaniyanın Renault Formulasının qalibi Elis Pauell çıxış etməyə çalışacaq. Eyni zamanda, GP3 seriyasının keçmiş iştirakçısı Samin Qomes və Britaniya F3 çempionatı tarixində ilk qadın qalib Ceymi Çedvik (şəkildə) testlərdə öz güclərini sınayacaqlar.

Qeyd edək ki, siyahıda geniş kütləyə tanış olmayan gənc sürücülərin də adları var. Təəssüf ki, ölkəmiz bu seriyada da heç bir idmançı ilə təmsil olunmayıb – amma cırtdan Lixtenşteyndən namizəd var…

Sürücü Yaşı Ölkə
1. Ayla Argen 25 Norveç
2. Əminə əl Kubaysi 18 BƏƏ
3. Çelçi Ancelo 22 Avstraliya
4. Karmen Bois 23 İspaniya
5. Sara Bovi 29 Belçika
6. Toni Breydinger 19 ABŞ
7. İvana Tseytiniç 22 CAR
8. Ceymi Çedvik 20 Britaniya
9. Veronika Tsixa 31 Çexiya
10. Seybr Kuk 24 ABŞ
11. Krtni Kroun 17 ABŞ
12. Natali Dekker 21 ABŞ
13. Mira Erda 18 Hindistan
14. Karlotta Fedeli 26 İtaliya
15. Kassi Qannis 27 ABŞ
16. Marta Qarsia 18 İspaniya
17. Mişel Gettinq 24 Danimarka
18. Anjelika Hermann 27 Almaniya
19. Meqan Qelks 17 Kanada
20. Samin Qomes 26 Venesuela
21. Qreys Jui 27 Çin
22. Mişel Halder 19 Almaniya
23. Esmi Houki 20 Britaniya
24. Cessika Houkins 23 Britaniya
25. Şi Holbruk 28 ABŞ
26. Karmen Xorda 30 İspaniya
27. Vivyen Kesthey 17 Macarıstan
28. Emma Kimilaynen 29 Finlandiya
29. Nataliya Kovalska 28 Polşa
30. Stefan Koks 24 Hollandiya
31. Miki Koyama 21 Yaponiya
32. Fabyen Lants 32 CAR
33. Milla Myakelya 25 Finlandiya
34. Aleksandra Marinesku 18 Rumıniya
35. Milu Mets 28 Hollandiya
36. Şina Monk 29 ABŞ
37. Sara Mur 25 Britaniya
38. Merilin Niderhauzer 22 Almaniya
39. Tasmin Pepper 28 CAR
40. Viki Piriya 24 İtaliya
41. Teycen Pouls 20 Kanada
42. Elis Pauell 25 Britaniya
43. Şarlott Poytinq 20 Avstraliya
44. Naomi Şiff 24 Belçika
45. Karri Şrayner 20 Almaniya
46. Şaron Skolari 23 İsveçrə
47. Dorin Zaydel 33 Almaniya
48. Siti Şahkirah 24 Malayziya
49. Snexa Şarma 28 Hindistan
50. Bruna Tomazelli 21 Braziliya
51. Şirli van der Lof 31 Hollandiya
52. Beytske Visser 23 Hollandiya
53. Fabyen Volvend 21 Lixtenşteyn
54. Keytlin Vud 21 Avstraliya
55. Hanna Zellers 21 ABŞ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*