V.Veber: “Üç ilə Hülkenberq Ferrari-də olacaq”

GP2 seriyanın son çempionu Niko Hülkenberq hələ Formula1-də heç bir yarış belə keçirməyib, onun meneceri Villi Veber isə artıq sürücünün […]

GP2 seriyanın son çempionu Niko Hülkenberq hələ Formula1-də heç bir yarış belə keçirməyib, onun meneceri Villi Veber isə artıq sürücünün gələcəyini planlaşdırır. Mixael Şumaherin məşhur menecerinin fikrincə, heç üç il keçməyəcək ki, Niko Ferrari-nin sürücüsü olacaq.

Bundan əlavə o bildirib ki, bu il Williams-da Rubens Barrikellonun tərəf müqabili olacaq Niko, sən demə, keçən ilin yayında Felipe Massa qəzaya uğradıqdan sonra Ferrari-də debüt edə bilərmiş…

Niko Hülkenberq: “Biz bütün variantları nəzərdən keçirdik, amma sonda qərara aldıq ki, bütün diqqətimizi GP2-də titul qazanmağa yönəldək və indi mən Formula1-də kifayət qədər hazırlıqlı debüt edəcəm. Bəlkə də bu daha yaxşıdır ki, biz tələsmədik.”

Amma Veber əmindir ki, bir müddət sonra alman sürücü Maranello komandasında olacaq. O Finlandiyada nəşr olunan Turun Sanomat qəzetinə müsahibəsində bildirib ki, “heç üç il keçməyəcək ki, Niko Ferrari-də olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*