V.Veber 200 min papaq sifariş verib

Bir neçə həftədən sonra Mixael Şumaher yenidən Qran Pri startına çıxacaq, onun meneceri Villi Veber isə yeddiqat dünya çempionunun Formula1-ə […]

Bir neçə həftədən sonra Mixael Şumaher yenidən Qran Pri startına çıxacaq, onun meneceri Villi Veber isə yeddiqat dünya çempionunun Formula1-ə qayıdışına özünəməxsus qaydada hazırlaşır. DPA agentliyinin məlumatına görə, Veber artıq üzərinə Mixaelin adı yazılmış 200 min gümüşü papaqların tikilməsini sifariş edib.

Maarqlıdır ki, keçən yay Mixael zədələnmiş Felipe Massanı Ferrari-də əvəz etməyi qərara alanda da Veber belə papaqlar sifariş vermişdi, düzdür, o zaman papaqlar qırmızı rəngdə idi, amma çempion səhhətindəki problemlər üzündən trasa qayıda bilməmişdi. Hərçənd, deyilənlərə görə, Spada Belçika Qran Prisi günlərində həmin sifarişdən olan papaqlar satılırmış…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*