V.Liutsi: “Xal qazanmağa şadam”

Force İndia komandasının sürücüsü Vitantonio Liutsi Bhreyn Qran Prisini doqquzuncu yerdə başa vurub – yeni xal hesablanması sisteminə görə, italiyalı […]

Force İndia komandasının sürücüsü Vitantonio Liutsi Bhreyn Qran Prisini doqquzuncu yerdə başa vurub – yeni xal hesablanması sisteminə görə, italiyalı sürücü və Hindistan komandası mövsümdə ilk xallarını qazanıblar…

Vitantonio Liutsi: “Mən doğrudan da çox şadam. Biz qarşımıza qoyduğumuz məqsədə çatdıq və mövsümdə ilk xallarımızı qazandıq. Yarış çətin keçdi, maşın ağır idi, təkərlər tez yeyilmişdi. Biz hər şeyə nəzarət edə bilmirdik, amma bir çox çətinliklərə baxmayaraq, komanda tarixində ilk dəfə olaraq mövsümə uğurla başlayırıq.

Məni yalnız top-komandaların sürücüləri qabaqladılar, onların problemləri olmadı, ona görə də doqquzuncu yer bu gün üçün maksimumdur. Səbirsizliklə Avstraliya Qran Prisini gözləyirəm, komanda yeni elementlər vəd edir və biz daha sürətli olmalıyıq. Ümumən, bu gün komanda yaxşı işlədi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*