Virtuosi Racing gələn il üçün heyətini açıqlayıb

Formula2-də çıxış edən Virtuosi Racing komandası 2023-cü il mövsümü üçün heyətini açıqlayıb.

F-1.az xəbər verir ki, növbəti mövsümdə Cək Duhən komandada çıxışını davam etdirəcək, Marino Satonu əvəz edəcək Amori Kordil isə ona yoldaşlıq edəcək.

Cək Duhən: “Formula2-də ikinci mövsümümdə Virtuosi Racing ilə işləməyə davam etdiyim üçün çox şadam. Mən əla debüt ili keçirdim, ona görə də şadam ki, 2023-cü ildə bu möhtəşəm komandada sürməyə davam edəcəyəm. Sükan arxasına qayıtmaq üçün səbirsizlənirəm”.

Amori Kordil: “Gələn il Formula2-də Virtuosi Racing komandasında yarışacağımı elan etməkdən məmnunam. Aydındır ki, komanda ən yaxşılar sırasındadır və bu da mənim şəxsi irəliləyişimi sürətləndirəcək. Əbu Dabidə üçgünlük testlər zamanı mən komandanın dəstəyini hiss etdim.

Ötən mövsümün ikinci yarısı ümidverici idi, ona görə də gələn ili səbirsizliklə gözləyirəm. Əminəm ki, biz birlikdə məqsədlərimizə nail ola bilərik. Bu fürsətə görə çox minnətdaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*