Virgin Manor komandasının titul sponsoru olacaq?

BBC-nin yaydığı məlumata görə, Britaniyalı milyarder Riçard Brənsona məxsus olan Virgin konserni gələn il Manor komandasının titul sponsoru olacaq. Xatırladaq […]

BBC-nin yaydığı məlumata görə, Britaniyalı milyarder Riçard Brənsona məxsus olan Virgin konserni gələn il Manor komandasının titul sponsoru olacaq. Xatırladaq ki, bu ilin əvvəlindən Virgin hər iki çempionatda liderlik edən Brawn GP komandasına maliyyə yradımı edir.

BBC-nin saytında yazılıb: “Komanda Virgin adını alacaq və çox güman ki, Brawn-la danışıqlar məhz buna görə dayanıb.”

Qeyd edək ki, Böyük Britaniya Qran Prisi günlərində Riçard Brənson demişdi ki, gələn ildən onun komandası Brawn GP komandası ilə əməkdaşlıq etməyəcək: “Şox güman ki, komandanın istədiyi məbləğ astronomik olacaq və biz balaca komanda axtarmalı olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*