Vassyör: Sinqapur – ən çətin yarışlardan biridir

Ferrari komandasının rəhbəri Frederik Vassyör Sinqapurda çox çətin həftəsonunu əlbir keçirməyə çağırıb…

Frederik Vassyör: “Bu il şənbə sprinti ilə keçiriləcək son həftəsonu Sinqapur trasının özəlliklərinə görə xüsusilə çətin olacaq. Sürücülər üçün Marina Beydə mümkün qədər çox dövrə vurmaq və özlərinə inam hissini qazanmaq vacibdir.

Müxtəlif komandaların nəticələri bir-birinə çox yaxın olacaq, sürət fərqi böyük deyil, buna görə də bütün sessiyalardan, xüsusən də yeganə məşqdən maksimum səmərə ilə istifadə etmək vacibdir ki, sürücülər bu mürəkkəb trasda maşına uyğunlaşa bilsinlər.

Sinqapurdakı yarış komandanın bütün əməkdaşları üçün ən çətin yarışlardan biri olacaq, xüsusən də bu il, çünki o, ardıcıl üç mərhələdən ibarət gərgin seriyanı tamamlayır. Ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.