Vandorn Peugeot-nun ehtiyat sürücüsü olub

Hazırkı Formula E çempionu Stoffel Vandorn bu il elektrik seriyasındakı iştirakını Dünya Dözümlülük Çempionatında (WEC) Peugeot komandasında ehtiyat sürücüsü vəzifəsi ilə birləşdirəcək.

F-1.az xəbər verir ki, Formula E-də təcrübəli belçikalı sürücü komandanın adından da göründüyü kimi, Stellantis Group konqlomeratının premium brendlərindən biri ilə birbaşa əlaqəsi olan DS Penske-yə keçib, ona görə də Peugout ilə əməkdaşlıq kifayət qədər məntiqli görünür. Bundan əlavə, Stoffel də vaxtaşırı F1 yarışlarında iştirak etməli olacaq, çünki o, Felipe Druqoviçlə yanaşı Aston Martin-də ehtiyat sürücü kimi fəaliyyət göstərəcək.

Vandorn keçən ilin sonunda Bəhreyndə Peugeot 9X8 hiperkarını test etməli idi, lakin bu plan baş tutmayıb, çünki sürücü gözlənilmədən təcili olaraq appendiksi çıxarmaq üçün əməliyyat olunub.

Stoffel Vandorn: “Mənə elə gəlir ki, mənim proqramım dözümlülük yarışı, Formula E və Formula 1-in mükəmməl birləşməsidir. Peugeot hiperkarının yekunlaşdırılması prosesinə qoşulmağım çox gözəldir. Avtomobilin unikal konsepti hər kəsi yenidən Peugeot haqqında danışmağa vadar etdi. Biz birlikdə gələcəkdə böyük uğurlar qazana bilərik”.

2023-cü ildə Peugeot zavod komandası dözümlülük yarışına qayıtdıqdan sonra WEC-də ilk tam mövsümünü keçirəcək və 2011-ci ildən bəri ilk dəfə 24 saatlıq Le Man marafonunda yarışacaq.

Onun hiperkarlarından birini Pol di Resta, Mikkel Yensen və Vandornun DS Penske-də komanda yoldaşı Jan Erik Vern idarə edəcəklər, ikinci ekipaj isə Loik Düval, Qustavo Menezes və Niko Müllerdən ibarətdir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*