21 Oktyabr 2019, Bazar ertəsi - 06:56

V.Bottas: “Aqressiv sürüş tərzim rəqiblərimə mesajdır…”

V.Bottas: “Aqressiv sürüş tərzim rəqiblərimə mesajdır…”

Müəllif: Elçin Zodorov, redaktor

08:20 - 10 Yanvar, 2016

Williams-ın finlandiyalı pilotu Valtteri Bottas keçən mövsümün ikinci yarısında daha gərgin mübarizələrin iştirakçısı olmaqla, aqressiv sürüş tərzi ilə yadda qalmışdı. Rusiya Qran Prisində həmyerlisi Rəykkönen ilə təmas yaşayıb yarışı yarımçıq saxlamış, Meksika Qran Prisində yenə onunla təmas etsə də, bu dəfə podiuma yüksələ bilmişdi…

F-1.az bildirir ki, Bottas məsələyə belə münasibət bildirib: “Bir çox hallarda ehtiyatlı sürürəm və məqsədim bolidi finiş xəttinə çatdırmaq olur. Amma son yarışlarda bir qədər aqressiv sürdüm. Çünki, mövsüm istədiyim kimi keçmirdi və mən daha ciddi mübarizə aparmalı oldum. Hər yer uğrunda mübarizə aparmaq, təslim olmayacağımı göstərmək istədim. Qoy görsünlər ki, bəzi anlarda geri addım atmayacam”.

Qeyd edək ki, Bottas keçən mövsümü 136 xalla 5-ci yerdə başa vurub. Williams isə mühəndislər kubokunda 257 xalla Mercedes və Ferrari-dən sonra 3-cü olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 557
Teqlər , , , , , ,
Paylaş

logo