Ümumdünya Şurasının FİA-FOTA konflikti barədə qərarı

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclasının yekunlarına əsasən, federasiyanın mətbuat xidməti 2010-cu il dünya çempionatının iştirakçılarının son siyahısını dərc […]

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclasının yekunlarına əsasən, federasiyanın mətbuat xidməti 2010-cu il dünya çempionatının iştirakçılarının son siyahısını dərc edib. Şərti ərizə vermiş komandaların tələbləri yerinə yetirilib. Hazırkı komandaların hamısı çempionatda qalacaq, gələn il üç yeni komanda çempionatda debüt edəcək – US F1, Campos və Manor komandaları…

FİA-nın mətbuat relizində deyilir: “FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası iyunun 24-də PArisdə iclas keçirib və sonda aşağıdakı qərarlar qəbul olunub:

Formula1:

Hazırkı komandaların hamısı dünya çempionatında iştiraklarını təsdiq ediblər. Alternativ çempionat olmayacaq, 2010-cu il mövsümü cari reqlamentə əsasən keçiriləcək.

Komandalar iki il ərzində məsrəflərini 90-cı illərin əvvəlindəki səviyyəyə salmalıdırlar. Avtoistehsalçıların komandaları çempionatın yeni komandalarına texniki kömək etməyi öhdələrinə götürüblər.

Avtoistehsalçıların komandaları FİA-nın idmanda tənzimləyici rolu ilə razılaşıblar, onlar Formula1-lə kommersiya razılaşmasına 2012-ci ilə kimi sadiq qalacaqlar.

Bütün komandalar Razılıq Müqaviləsinin 1998-ci il versiyasına əməl edəcəklər.

Aşağıdakı komandalar gələn ilin dünya çempionatında iştirak edəcəklər:

1. SCUDERİA FERRARİ MARLBORO (FERRARİ)
2. VODAFONE McLAREN MERCEDES (MERCEDES)
3. BMW SAUBER F1 TEAM (BMW)
4. RENAULT F1 TEAM (RENAULT)
5. PANASONİC TOYOTA RACİNG (TOYOTA)
6. SCUDERİA TORO ROSSO (Motor sonra elan olunacaq)
7. RED BULL RACİNG (Motor sonra elan olunacaq)
8. AT&T WİLLİAMS (TOYOTA)
9. FORCE İNDIA F1 TEAM (MERCEDES)
10. BRAWN GP FORMULA ONE TEAM (Motor sonra elan olunacaq)
11. CAMPOS META TEAM (COSWORTH)
12. MANOR GRAND PRIX (COSWORTH)
13. TEAM US F1 (COSWORTH)

Bu razılaşmanın sonunda və Formula1-in gələcəyinin stabil perspektivi naminə FİA prezidenti Maks Mosli bu ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*