15 Sentyabr 2019, Bazar - 12:16

Türkiyə Qran Prisinin təşkilatçıları ümidlərini itirmirlər

Türkiyə Qran Prisinin təşkilatçıları ümidlərini itirmirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:48 - 11 May, 2011

Formula1-in kommersiya başçısı Berni Ekklstounla danışıqlardan sonra Türkiyə Qran Prisinin rəsmi şəxslərinin bəyanatlarında nikbinlik sezilir… Mümtaz Tahınçıoğlu, Türkiyə Avtomobil Federasiyasının […]

Formula1-in kommersiya başçısı Berni Ekklstounla danışıqlardan sonra Türkiyə Qran Prisinin rəsmi şəxslərinin bəyanatlarında nikbinlik sezilir…

Mümtaz Tahınçıoğlu, Türkiyə Avtomobil Federasiyasının sədri: “Biz Ekklstounla və Türkiyənin Gənclər və idman naziri Yunus Ağgüllə görüşdük və bizim real olaraq nə edə biləcəyimizi müzakirə etdik. Hər iki tərəf problemi həll etmək istəyir. Bu görüşdən sonra vəziyyət 50% yaxşılaşıb.”

Türkiyə yarışının təşkilatçıları Ekklstounun təklif etdiyi yeni maliyyə şərtlərini qəbul etməyə hazır deyillər – Berni yarış haqqını 13 milyon dollardan 26 milyon dollara qaldırmağa təkid edir.

Yunus Ağgül: “Biz əlimizdən gələni edirik və Berni ilə danışıqlar hələ davam edəcək. Biz istəyirik ki, yarış təqvimdə qalsın, amma bundan ötrü istənilən məbləği ödəməyə hazır deyilik.

İstənilən halda, tras boş qalmayacaq. Başqa yarışs eriyaları var, onlarla işləyəcəyik. Amma, əlbəttə, Formula1-i də saxlamaq istəyirik və bundan ötrü maksimum çalışacayıq. Gələn il üçün təqvimin ilkin müzakirəsi iyunun 3-də olacaq. Əgər bu tarixə qədər problemi həll edə bilməsək də, yarış təqvimin ilkin versiyasına daxil ediləcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 185
Teqlər
Paylaş

logo