Türkiyə Qran Prisinə bilet satışı kəskin azalıb

Beş il əvvəl Türkiyədə hamı inanırdı ki, milli mərhələ ölkənin iqtisadiyyatına təkan verəcək və bu tikintiyə yatırılmış sərmayələr tezliklə geri […]

Beş il əvvəl Türkiyədə hamı inanırdı ki, milli mərhələ ölkənin iqtisadiyyatına təkan verəcək və bu tikintiyə yatırılmış sərmayələr tezliklə geri qaytarılacaq. Təəssüf ki, avtodromun mənsub olduğu şirkətin maliyyə vəziyyəti hazırkı iqtisadi böhran şəraitində lap çətinə düşüb. Bu il bilet satışı kəskin azalıb. Avtodromun baş meneceri Can Güclü yerli Daily News qəzetinə müsahibəsində qeyd edib ki, fərdi qaydada azarkeşlər hətta əvvəlki illərdə olduğundan da fəaldırlar, amma korporativ satışlar problemə çevrilib…

Can Güclü: “Keçən il bazar günü yarışa 40 min tamaşaçı toplaşmışdı, bütün uik-endə ərzində isə avtodroma 100 min adam yığılmışdı. Bu il korporativ satışlar kəskin azalıb, amma adi azarkeşlər keçən ilkindən fəaldırlar. Bəlkə də yarışı izləyənlərin sayı keçənilki səviyyəyə çatacaq, amma korporativ biletlər adi biletlərdən baha olduğu üçün bizim gəlirimiz azalacaq.

Baş tribuna 23 min tamaşaçı tutduğu halda cəmi 10 min bilet satılıb. Bu bizim əsas problemdir. Keçən il 2500 bilet almış böyük bir şirkət bu il cəmi 500 bilet sifariş edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*