21 Sentyabr 2019, Şənbə - 17:21

AT&T Williams – FW33

AT&T Williams – FW33

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:20 - 02 Fevral, 2011

Keçən il olduğu kimi Williams komandası bu dəfə də təmtəraqlı təqdimat mərasimindən imtina edib – bu gün yeni FW33 maşınının […]

Keçən il olduğu kimi Williams komandası bu dəfə də təmtəraqlı təqdimat mərasimindən imtina edib – bu gün yeni FW33 maşınının şəkli komandanın rəsmi saytına qoyulub və sonra Rubens Barrikello maşını Valensiyada Rikardo Tormo adına trasa çıxarıb, maşın hələlik neytral göy rəngə boyanıb.

wil-2
Şassidə nəzərəçarpan dəyişiklik burnunun son dəbə uyğun yuxarı qalxmasıdır. Komanda hələ 2009-cu ilin dekabrında yeni şassini aerodinamik boruda yoxlamağa başlayıb, şassinin mexaniki aspektləri ilə keçən ilin martından məşğul olmağa başlayıblar. Yayda texniki reqlament elan olunduqdan sonra komanda bütün gücünü yeni maşının hazırlanmasına səfərbər edib və artıq sentyabr ayında stend üzərində yoxlamalara başlayıb.

Keçən ilin noyabrından komanda təkmilləşdirmə prosesinə başlayıb və aerodinamikanın son versiyası mövsümün Bəhreyndə ilk yarışına hazır olacaq.

wil-3
Səm Maykl, texniki direktor: “İkiqat diffuzorun qadağası ciddi dəyişikliklərə səbəb olub. İndi maşının altlığında deşik də qadağan olunub, ona görə də biz altlığın diffuzora keçən sahəsinə xüsusi diqqət ayırmışıq.

wil-4
İki il əvvəl biz KERS-dən istifadə etməmişdik, amma nazimçarxlı sistem hazırlamışdıq. Düzdür, iki il ərzində bizim idman ciddi dəyişib, yeni qaydalar tətbiq olunub – yanacaqdoldurmalar yoxdur, şassinin minimal çəkisi artırılıb və s. Bizim builki mövsüm üçün hazırladığımız KERS yanacaq bakının altında yerləşdirilib – aerodinamik baxımdan biz pantonun ətrafında yerləşdirməmişik.

Ona görə də maşın keçən illə müqayisədə uzanıb, amma bu qərarın müsbət cəhətləri daha çoxdur. Əgər çəki limitinə uyğun maşın hazırlansa, onda KERS-in üstünlüyü diqqəti cəlb edir – hər dövrədə 0.3 saniyə və stratda böyük sıçrayış.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 246
Teqlər
Paylaş

logo