T.Volff: “Həmiltonu məğlub etmək çox çətindir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, əgər Lyuis Həmilton günündədirsə, o rəqibsiz sürücü olur..

F-1.az xatırladır ki. Həmilton son 7 yarışda 6 qələbə qazandı və 43 xal geridən gələrək, 19 xal qabağa keçdi. Britaniyalı sürücü 4-cü Dünya Çempionu tituluna çox yaxındır.

Toto Volff: “Həmiltonun böyük istedadı və sürəti var. O günündədirsə, onu məğlub etmək çox çətindir. Ancaq bu mexaniki idman növüdür və o bir insandır. Əlbəttə pis və çətin günlər yaşaya bilər. Bu da onun bütün yarışları qaana bilməməsinin göstəricisidir”.

Volff düşünür ki, yay tətilindən sonra Rosberq və Həmilton arasındakı çempionluq yarışı yenidən alovlanacaq: “Həmilton yaxşı qələbə seriyası tutdu. Mövsümün əvvəlində Rosberqdən geridə idi, ancaq o itirdiyi xalları yenidən geri qazandı və indi performansını qorumaq istəyir. Hər iki sürücü arasında gedən mübarizəni və fərqləri gördük”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*