23 Yanvar 2019, Çərşənbə - 05:11

T.Volff: “Həmiltonla müqavilə bağlamağa yaxınıq”

T.Volff: “Həmiltonla müqavilə bağlamağa yaxınıq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:16 - 30 Mart, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Həmiltonla yeni müqavilə bağlamağa çox yaxındırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücünün “gümüşü oxlar”la müqaviləsi ilin sonunda bitir və Həmiton yeni müqavilə üçün tələsmədiyini demişdi.

Toto Volff: “Qışdan bəri danışıqlar davam edir. Artıq sona yaxınlaşmışıq. Hər şey qaydasındadır və Lyuis tezliklə yeni müqavilə bağlayacaq. O burada xoşbəxtdir və biz də onun kimi sürücü ilə işlədiyimiz üçün xoşbəxtik. Keçən ildən sonra daha da güclənib və bunu ilk yarışda gördük. İlin sonuna qədər daha da güclənməsini gözləyirəm. Müqavilə bağlandıqdan sonra daha rahat olacaq və performansı yaxşılaşacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 173
Teqlər , ,
Paylaş

logo