T.Volff: “Ferstappen fizikanın qanunlarını yenidən yazdı”

Mercedes Motorsport-un rəhbəri Toto Volff Braziliyada möhtəşəm performans göstərən Ferstappenin şəninə təriflər yağdırıb.

F-1.az xatırladır ki, Ferstappen yağışlı Braziliya yarışında əvvəlcə Rəykkönen və Rosberqi keçmiş, daha sonra yerində fırlansa da, mükəmməl reaksiya ilə qəzanın qarşısını almışdı. Amma komandası hollandiyalıya səhv strategiya tətbiq edərək keçid təkərləri taxmış və yağış gücləndiyinə görə bu təkərlər işləməmişdi. Ferstappen bundan sonra yenidən pitə gələrək yağış təkərlərini götürmüş və 16-cı yerə düşmüşdü, amma 19 yaşlı sürücü mükəmməl geridönüş edərək yarışı 3-cü pillədə bitirmişdi.

Toto Volff: “Ferstappen şousu izlədik. İnanılmaz performans göstərdi və bu bizə həzz verdi. Fizikanın qanunlarını yenidən yazdı!”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*