Ş.Vandorn McLaren-in gənc sürücülər proqramına qatılıb

Avropa Renault Formulasının keçənilki qalibi Ştoffel Vandorn McLaren-in gənc sürücülər proqramının iştirakçısı seçilib. Bu il Ştoffel Dünya Renault Seriyasında debüt […]

Avropa Renault Formulasının keçənilki qalibi Ştoffel Vandorn McLaren-in gənc sürücülər proqramının iştirakçısı seçilib. Bu il Ştoffel Dünya Renault Seriyasında debüt edəcək və uğurunu möhkəmlətməyə ümid edir…

Ştoffel Vandorn: “Mən McLaren-in gənc sürücülər proqramın üzvü olmağa çox şadam. McLaren dünya avtoidmanında ən tanınmış komandalardan biridir, belə bir proqramın üzvü olmaq mənim üçün böyük üstünlük və şərəfdir. Mən əlimdən gələni edəcəm ki, bu imkandan gələcək karyeramda maksimum yararlanım.”

Martin Uitmarş: “Biz Ştoffeli komandamızın gənc sürücülər proqramına daxil etdiyimizə çox şadıq. Ştoffel bacarıqlıq və iddialı gənc sürücüdür, biz ona böyük ümidlər bəsləyirik.”

McLaren-in gənc sürücülər prorqamı böyük deyil. Bu proqrama 18 yaşlı hollandiyalı Nik de Vris, keçmiş Formula1 sürücüsü Yan Maqnussenin 20 yaşlı oğlu Kevin daxildirlər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*