McLaren ekoloji mükafat alıb

McLaren komandası FİA institutunun ekolgiya sahəsində uğurlara görə Achievement of Excellence mükafatını alan avtoidman dünyasından ilk laureat olacaq. Sertifkatlaşdırma proqramının […]

McLaren komandası FİA institutunun ekolgiya sahəsində uğurlara görə Achievement of Excellence mükafatını alan avtoidman dünyasından ilk laureat olacaq. Sertifkatlaşdırma proqramının təbiqi barədə hələ keçən ilin yayında elan olunmuşdu, McLaren komandası dərhal ərizə ilə müraciət etmişdi. Komanda İnstitutun ekspertləri tərəfindən ciddi yoxlamalara məruz qalıb, amma sonda yüksək qiymət alıb…

Jan Todt, FİA-nın prezidenti: “McLaren-in bu mükafatı avtoidman tərəfindən ictimai məsuliyyətin dərk olunmasında vacib addımdır. Bizim çempionatlar cəmiyyətin ekoloji müzakirələrində vacib iştirakçı olmalıdırlar, axı biz dünyanın bir hissəsiyik. FİA və FİA-nın institutu bütün çempionatlarda avtoidmanın ətraf mühitə təsirini öyrənirlər.”

Martin Uitmarş, McLaren komandasının başçısı: “Biz FİA İnstitutunun bu mükafatını almağa şadıq. Yaxşıdır ki, idman ekoloji effektivlik uğrunda mübarizə aparanları da dəyərləndirir və biz çox şadıq ki, belə yüksək səviyyəyə çatan ilk komanda olduq.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*