S.Fettel: “Mən yerində fırlana bilərəm?” (video)

Avstraliyada yarış uik-endinin başlamsına 9 gün qalmış Red Bull komandası qarşıdakı mövsümə həsr olunmuş videoçarx dərc edib. Barselona avtodromunda çəkilmiş […]

Avstraliyada yarış uik-endinin başlamsına 9 gün qalmış Red Bull komandası qarşıdakı mövsümə həsr olunmuş videoçarx dərc edib. Barselona avtodromunda çəkilmiş gözəl kadrlar mövsümöncəsi testlərin atmosferini göstərir, fonda isə sürücülərin və Kristian Hornerin tanış səsləri gəlir…

Sebastyan Fettel: “Hər şey sıfırdan başlayır, ümidlər yüksəkdir, azarkeşlər bizdən çox şey gözləyirlər, amma biz özümüzdən daha çox şey tələb edirik və yenidən uğur qazanmaq istəyirik.”

Mark Uebber: “Mexaniklər yenə də boksda çox vaxt keçirəcəklər, bizim ciddi iddialarımız var, biz yeni qələbələrə can atırıq və buna görə də çox çalışırıq.”

Kristian Horner: “Bizim komandada işləmək hamıya xoş gəlir. Əməkdaşlarımız özlərini komandanın bir hissəsi kimi hiss edirlər. Red Bull-a əsil komanda ruhu xasdır – məhz bununla bizim stabilliyimiz və irsilyimiz izah olunur. Bizim üçün vacib olan yarışlardır, biz maksimum nailiyyətə çalışırıq.”

Videoçarxın sonu maraqlıdır, Fettel komandaya sual verir: “Mən yerimdə fırlana bilərəm?” Yarış mühəndisi cavab verir: “Xeyr, buna ehtiyac yoxdur.” Üçqat dünya çempionu buna çox şən cavab verir: “Bunu müsbət cavab kimi qəbul edirəm!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*