S.Fettel Dennisin versiyasını təkzib edib

Dünən Sebastyan Fettel Ron Dennisin versiyasnı təkzib edib – Ron güman edirdi ki, Red Bull komandası Bəhreyn Qran Prisindən real […]

Dünən Sebastyan Fettel Ron Dennisin versiyasnı təkzib edib – Ron güman edirdi ki, Red Bull komandası Bəhreyn Qran Prisindən real qələbənin əldən verilməsi səbələrini bildirmir. Əvvəlcə komanda səbəb kimi qazburaxma sisteminin nasazlığını göstərsə də, sonra digər səbəb göstərilmişdi: yanma şamı.

Amma McLaren komandasının keçmiş başçısı Dennis öz versiyasını irəli sürüb – o bildirib ki, Fettelin maşınında yanacaq qurtarmaq üzrə imiş…

Sebastyan Fettel: “Mənə elə gəlir ki, bu versiyası ilə Ron Dennis diqqəti özünə cəlb etmək istəyib, çünki indi onun rəyi heç kimi maraqlandırmır.”

Onda jurnalistlər gənc alman sürücüdən soruşublar ki, “bəs nə üçün o, finiş xəttini keçən kimi maşını saxlayıb?” Fettel isə cavab verib ki, “həmin an biz elə bilirdik ki, problem qazburaxma sistmeindədir və vəziyyəti daha da ağırlaşdırmaq istəmədik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*