Sebastyen Ojye Meksikada vaxtından əvvəl qələbə qazanıb

Meksika Rallisinin təşkilatçıları bazar gününə nəzərdə tutulmuş xüsusi mərhələləri ləğv edərək yarışı vaxtından əvvəl başa vurublar.

F-1.az bildirir ki, bu qərar qapalı sərhəd rejiminin qüvvəyə minməsindən əvvəl komandaların ABŞ və ya Avropaya qayıtmasına imkan vermək məqsədi ilə qəbul olunub.

Şənbə gününün protokollarını ilk sətirdə başa vuran altıqat dünya çempionu Sebastyen Ojye qalib elan olunub. Ojye cümə günündən bütün xüsusi mərhələləri inamla keçirib və yekunda hazırkı WRC çempionu Ott Tənakı yarım dəqiqə qabaqlayıb. Meksikada ilk üçlüyü finlandiyalı Teemu Sunninen tamamlayıb.

Ojye üçün bu qələbə Toyota-nın heyətində birinci, Meksikada isə altıncı olub. Bununla Sebastyen əfsanəvi adaşı və həmyerlisi Löbə çatıb – əvvəllər bu rallidə yalnız onun altı qələbəsi var idi.

Eyni zamanda, bu qələbə Ojyeni çempionatın liderliyinə yüksəldib – hazırda fransalı sürücü komanda yoldaşı Elfin Evansı səkkiz xal üstələyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*