Sebastyen Löb və Adriyen Tambe Çempionlar Yarışında mübarizə aparacaqlar

Bu həftəsonu İsveçin Pit-Havsbad şəhərində keçiriləcək Çempionlar Yarışının təşkilatçıları daha iki iştirakçının adını açıqlayıblar.

F-1.az xəbər verir ki, yarışda doqquzqat dünya ralli çempionu və ötənilki Çempionlar Yarışının qalibi Sebastyen Löb və 2022-ci ildə eTouring Car Dünya Kubokunun qalibi Adriyen Tambe iştirak edəcəklər.

Millətlər Kubokunda Fransa yığmasını məhz bu iki sürücü təmsil edəcək.

Qeyd edək ki, Adriyen bu yaxınlarda dünyasını dəyişmiş keçmiş F1 sürücüsü Patrik Tambenin oğludur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*