Latvala: Kalle mənə Löbü xatırladır

Toyota komandasının rəhbəri Yari Matti Latvala bildirib ki, Kalle Rovanpera ona Sebastyen Löbü xatırladıb.

F-1.az xatırldır ki, Kalle karyerasının ən hegemon rallisini geridə qoyub və ikinci yerdəki Terri Növyilə 46.5 saniyə fərq atıb. O, şənbə günündən etibarən bütün etapları qazanıb. Beləliklə, ardıcıl 13 etap qələbəsi ilə yeni bir rekord qırıb.

WRC tarixində sadəcə Sebastyen Löb buna yaxın bir uğura imza atıb. O, 2005-ci ildə Korsika Rallisində 13 etapdan 12-i qazanmışdı.

Yari Matti Latvala: “Belə görürəm ki, Kalle və Conne (şturman) konfort zonada idilər. O bölgəyə girmək üçün əksər şeyləri düzgün etməlisiniz. Birdən orasa ola bilərsiniz. Amma bunu necə etdiyiniz sual işarəsidir.

Kallenin performansı inanılmaz idi. Mənə 2005-ci ildə Sebastyen Löbün Korsikadakı performansını xatırlatdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*