23 Avqust 2019, Cümə - 04:21

Sauber-in yeni tərəfdaşı

Sauber-in yeni tərəfdaşı

Müəllif: Rauf Hacıyev, redaktor

14:12 - 11 Fevral, 2017

Peletonun köhnə komandalarından sayılan Sauber məşhur geyim markası Errea Sport ilə müqavilə bağlayıb.

F-1.az bildirir ki, Errea Sport 1998-ci ildə İtaliyanın Torrile şəhərində qurulub və dünyanın ən məşhur idman geyimi şirkətlərindən biridir. Errea Sport futbol, basketbol, tennis və başqa idman növləri üçün idman paltarları hazırlayır. İtalyanlar Formula1-ə ilk addımlarını Sauber komandası ilə atacaqlar. İsveçrəlilər komanda geyimlərindən başqa səyahət avadanlıqlarını da Errea-dan alacaqlar. Şirkətin loqosu isə komandanın paltarlarına, səyahət avadanlıqlarına və Sauber C36-nın üstünə vurulacaq.

Sauber komandasının rəhbəri Monişa Kaltenborn yeni müqavilə barədə təəssüratlarını açıqlayıb: “Sauber komandasının yeni ortağı Errea-ya “xoş gəldin” deyirik. Errea uğurlu ailə şirkətidir və idman geyimləri bazarında önəmli yerləri var. Onlarla uğurlu əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 643
Teqlər , , ,
Paylaş

logo