Şarl Lekler dördüncü yeri tutub və belə nəticəni yaranmış şəraitdə mümkün olan maksimum nəticə adlandırıb.
Şarl Lekler: “Yarış yaxşı keçdi və nəzərə alsaq ki, bu trasda ötmə etmək çətindir, mümkün olan maksimum nəticəni əldə etdik. Komanda trasdakı hadisələrə uyğunlaşaraq strategiya üzərində yaxşı işlədi.
Biz fürsətdən yararlanmaq və yarışın sonuna yaxın təhlükəsizlik avtomobilini gözləmək qərarına gəldik, amma o, trasa çıxmad;. Əks strategiyaya sadiq qalsaydıq belə, yenə də dördüncü yeri tutardım, ona görə də istənilən halda yarışdan maksimumu çıxarmışıq.
İndi isə bizi növbəti mərhələdən əvvəl qısa fasilə gözləyir – o mərhələ Bakıda, mənim hər zaman bəyəndiyim trasda baş tutacaq”.





