21 Noyabr 2019, Cümə axşamı - 04:10

Ş.Lekler: “Start vacib olacaq”

Ş.Lekler: “Start vacib olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:30 - 28 Sentyabr, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Rusiya yarışında start vacibdir.

F-1.az xatırladır ki, monakolu sürücü Soçidə poul qazanaraq, ardıcıl 4-cü dəfə bu uğura nail olub. Beləliklə, 21 yaşlı pilot 2001-ci ildə Mixael Şumaxerdən sonra ilk dəfə ardıcıl 4-cü dəfə poul qazanan Ferrari sürücüsü olub.

Şarl Lekler: “Boliddə özümü yaxşı hiss etdim. Yenidən poul qazanmaq gözəldir. Lakin bu tras pouldan start almaqçün əlverişlidirmi? Startdan sonra düzlük var və buna görə də ilk döngəyə səhv etmədən girmək çox vacibdir.

Mixaeldən sonra bu uğura nail olmaq gözəldir. Lakin hazırda statistika barədə düşünmək istəmirəm. İşimə fokuslanmalıyam. Bütün həftəsonu güclü idik. Yarış tempimiz də yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 106
Teqlər , , ,
Paylaş

logo