Ş.Vandorn: Formula E-də güclü sürücülər çoxdur

Formula E üzrə 2022-ci ilin Dünya Çempionu Ştoffel Vandorn düşünür ki, Formula E-də F1 səviyyəsində sürücülər çoxdur.

F-1.az xatırladır ki, FE üzrə 2021-ci ilin Dünya Çempionu Nik de Friz gələn il AlphaTauri ilə Formula1-də yarışmağa başlayacaq.

Ştoffel Vandorn: “Nik üçün hər şey yaxşı yöndə getdi. Bu fürsətə layiq idi. Lakin düşünürəm ki, buna layiq olan tək adam o deyil. Formula E-də F1 bolidi sürə bilməmiş çox yaxşı sürücülər var. Ancaq bəzən bəxtiniz gətirir, bəzən yox…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*