S.Peres: “Yarışım ilk dövrədə məhv oldu”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, yarışı startda məhv olub.

F-1.az xatırladır ki, meksikalı sürücü Çin yarışına 8-ci başlasa da, finiş xəttini 12-ci yerdə keçmişdi.

Serxio Peres: “Yarışım ilk dövrədə məhv oldu. Start çox pis idi. Çox problem yaşadıq və 4-cü döngənin çıxışında Renault məni trasdan çıxardı. Bu anda çox vaxt itirdim. Bu hadisə həftəsonumuzu bərbad etdi. Əlimdən heç nə gəlmirdi. Xal almağa yaxınlaşdıq. Komanda Maqnusseni geridə qoymaq üçün strategiyanı dəyişdi, ancaq vaxtımız yox idi. Amma güclənirik və buna görə pozitivəm. Avropa yarışlarından etibarən daha güclü olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*