S.Peres: Komanda hər şeyi məhv etdi

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, komanda Ayfel Qran Prisinin sıralanma turunda taktikanı məhv edib.

F-1.az xatırladır ki, meksikalı sürücü bugünkü yarışa doqquzuncu yerdən başlayacaq.

Serxio Peres: “Strategiyamızı bərbad etdik. Daha sürətli ola bilərdik. İlk sessiyada Medium təkərlərdən istifadə etdik. Buna görə də son sessiya üçün bir dəst təkəri itirdik. Son sessiyada sadəcə bir dəst təkərimiz qalmışdı.

Sessiyanın sonlarında trasdakı şərait tez-tez dəyişirdi. Külək artdı və buna görə də maşının balansı pis idi. Heyif ki, təkərimiz qalmamışdı.

Renault-lar və Ferrari-lər bizdən öndədirlər və bu, yaxşı hal deyil. Vacib xallar itirə bilərik. Lənsin gələ bilməməsi ilə hər şey sürətlə dəyişdi. Komanda hazırda gərgindir. Ümid edirəm ki, tez sağalar və onu burada görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*