S.Peres gələcəyi barədə danışıb

Racing Point-in sürücüsü Serxio Peres bildirib ki, heç bir komanda ilə müqavilə bağlamayıb.

F-1.az xatırladır ki, meksikalı sürücü mövsümün sonunda Racing Point-dən ayrılacaq və 30 yaşlı pilotun gələcəyi müəmmalıdır. Lakin Peresin adı Williams və Haas komandaları ilə hallanır.

Serxio Peres: “Daha əvvəl də dediyin kimi müqavilə imzalamadım. Buna görə də bir söz deyə bilməyəcəm. Mövsümün sonu yaxınlaşır və hər şey getdikcə aydınlaşır. Onda bir söz deyə biləcəm. Hazırda nədə demək doğru olmaz. Çünki danışıqlar gizli formada davam etməlidir. Danışıqlar apardığım bütün komandalara qarşı hörməti qorumaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*