15 Sentyabr 2019, Bazar - 17:50

S.Peres: “Çatışmazlıqlar var”

S.Peres: “Çatışmazlıqlar var”

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 09 Mart, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, gələn il üçün ümidlidir, amma VJM10-da həll olunmalı problemlər var.

F-1.az xatırladır ki, Peres testlərin 6-cı günündə 100 dövrə vurub və 1:21.297 zaman nəticəsi ilə 8-ci olub.

Serxio Peres: “Bir neçə problem yaşadıq. Birincisi əyləclə bağlı idi. Daha sonra isə qırmızı bayraqlar çıxdı və proqramımızı həyata keçirə bilmədik. Amma öyrənməyə davam edirik. Yenə də bir neçə şey öyrəndik. Komanda boliddə bir neçə zəif yer tapdı və bu çox vacibdir. Problemləri tezliklə həll edəcəyik, çünki çox ciddi deyillər.

Müsbət yöndə düşünürəm. Barselona testlərində cədvəldəki vəziyyət vacib deyil. Əsas olan Əbu Dabi yarışından sonrakı vəziyyətdir. Yeni mövsüm üçün ümidliyəm. Hələ gediləcək yolumuz var.

Komanda Avstraliya yarışından əvvəl yeniliklər tapmaq üçün əlindən gələni edir. Problemləri həll etmək çətin deyil, amma vaxt lazımdır. Ümid edirəm ki, əksər problemləri Melburna qədər həll edərik. Ən pis ehtimalla ikinci və üçüncü yarışda yaxşı səviyyədə olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 861
Teqlər , ,
Paylaş

logo