21 Sentyabr 2019, Şənbə - 13:22

S.Peres: “Bolidləri sürmək asandır”

S.Peres: “Bolidləri sürmək asandır”

Müəllif: Rauf Hacıyev, redaktor

23:29 - 16 Mart, 2017

Force İndia komandasının meksikalı sürücüsü Serxio Peres bildirib ki, 2017-ci il bolidlərini sürmək elə də çətin deyilmiş.

F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eni 25 faiz artdığı üçün bolidlərin asfaltayatma qüvvəsi çoxalıb və bununla da sürücülərin daha çox yüklənməyə məruz qalacağı gözlənilir. Amma Peres bildirib ki, hər şey əvvəlki kimidir: “Sözün açığı, 2016-cl il bolidi ilə 2017-ci il bolidi arasında fərq hiss etmədim. Məncə, çox şişirtdilər. Qışda lazımi qədər məşq etdik və indi yeni mövsümə hazıram. Həm psixoloji, həm də fiziki cəhətdən”.

Peresin fiziki məşqçisi Çavi Martos da bildirib ki, sürücüsü fiziki cəhətdən güclüdür və bir az arıqlamalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 624
Teqlər , ,
Paylaş

logo