S.Ojye: Böyük hadisədir

Toyota komandasının sürücüsü Sebastyan Ojye bildirib ki, Monakoda qazanmaq inanılmazdır.

F-1.az xatırladır ki, fransalı sürücü Monakonun asfalt yollarında komanda yoldaşı və son Dünya Çempionu Kalle Rovanperanı 18.8 saniyə qabaqlayıb və qələbə qazanıb. Beləliklə, 39 yaşlı veteran sürücü Monte Katloda 9-cu dəfə qalib gəlib.

Sebastyan Ojye: “Bu böyük hadisədir. Monte Karlonu sevirəm. Bu şəhərə görə həmişə ralli sürücüsü olmağı xəyal etmişəm.

Bu anlardan həzz almalıyıq. Onsuz da buna görə yarışırıq. Bunun kimi qələbələr qazanamaq üçün. Burada qələbə qazanmaq inanılmazdır. Bu qələbənin yeri mənim üçün ayrıdır. Bura mənim üçün həmişə xüsusidir. Qələbə qazandığım üçün həm özümlə, həm komandamla fəxr edirəm. Qələbənin əsas memarı güclü maşın düzəldən Toyota-dır. Qələbəmizi təqdir edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*