S.Ojye: 23 saniyə fərq böyük deyil

Toyota komandasının sürücüsü Sebastyen Ojye düşünür ki, 23 saniyəlik fərq elə də böyük deyil.

F-1.az xatırladır ki, əfsanəvi sürücü Safari Rallisində cümə günündən sonra ən yaxın rəqibi Kalle Rovanperadan 22.8 saniyə öndədir. 2021-ci ildə bu rallini qazanmış Ojyenin cümə günü bu fərqi açmasında etdiyi təkər riski də rol oynayıb.

Şənbə günü Safari Rallisində yağış gözlənilir. Hətta bəzi yerlərdə yollar da dəyişilib. Buna görə də sürücülər üçün uzun və çətin gün olacaq.

Sebastyen Ojye: “Şənbə günü Rallinin ən uzun və ən çətin günüdür. Qarşılaşacağımız çətinlikləri düşünsək, 20 saniyə elə də böyük fərq deyil. Ancaq hazırkı yerimizdən razıyam.

Hədəfimiz sürətli getməkdir, amma eyni zamanda bəzi çətin hissələrdə diqqətli olmalıyıq. Şənbə günü bir ehtiyat təkərin olması daha böyük qumar olacaq”.

Ojyenin komanda yoldaşı Kalle Rovanpera isə Növillin mübarizəni dayandırması ilə liderliyini daha da möhkəmlədə bilər. O hazırda rallini ikinci yerdə aparır.

Kalle Rovanpera: “Şənbə günü ən çətin günə bənzəyir. Yağış yağsa, işlər çox çətinləşə bilər. Qələbə qazana bilərik, amma keçənilki kimi bunun üçün uzun bir plan etməliyik. Ən yaxşısı bəladan uzaq durmaq olacaq”.

Qeyd edək ki, Toyota-nın digər sürücüsü Elfin Evans lider Ojyedən 43.5 saniyə geridə qalaraq, üçüncü yerdə gedir. Takamoto Saturo isə çətin keçən cümə günündən sonra 5-ci yerdədir. Toyota sürücülərini 4-cü yerdəki Hyundai sürücüsü Esapekka Lappi ayırır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*