Ş.Lekler: Red Bull bizdən güclüdür

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Montsada Red Bull daha güclü olacaq.

F-1.az xatırladır ki, Ferrari mövsümə yaxşı başlasa da, son yarışlarda çox zəif təsir bağışlayır. “Qırmızılar” son qələbələrini Avstriyada qazanıblar. Lekler hazırda lider Ferstappendən 109 xal geridə qalır.

Şarl Lekler: “Məncə, həftəsonu çətin keçəcək. Ən azından kağız üzərində elə görünür. Red Bull-un daha güclü olmasını gözləyirik. Trasın quruluşu maşınımız üçün uyğun deyil. Lakin daha əvvəl yaxşı və pis surprizlərlə qarşılaşdıq. Ümid edirəm ki, bu dəfə yaxşısı olar.

Red Bull düzlükdə çox sürətlidir. Biz düzlüklərdə uduzuruq, lakin döngələrdə daha güclüyük. Lakin bu da onların düzlük sürətinə çatmağımıza kömək etmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*