Ş.Lekler: “Formula1-də yarışmağa hazıram”

Formula2-də mübarizə aparan və hazırda turnir cədvəlində inamla liderlik edən Şarl Lekler bildirib ki, gələcəkdə Formula1-ə keçmək istəyir.

F-1.az xəbər verir ki, bəzi iddialara əsasən, monakolu sürücünün gələn il Haas və ya Sauber komandalarından birində yarışmaq ehtimalı var.

Şarl Lekler: “Karyeram ərzində adım-adıım irəlilədm. Buna görə də Formula2-də çempion olub, Formula1-ə keçmək istəyirəm. Çünki özümü hazır hiss edirəm. Daha bir il gözləmək istəmirəm. Çünki Formula2-də çempon olduqdan sonra bunu bir il qoruya bilmərəm. Gözləməyin faydası yoxdur. Ən böyük xəyalım qırmızı formanı geyinməkdir. Ümid edirəm ki, bu arzum bir gün rellaşar. Amma Formula1-də qaldığım müddətdə bütün alternarivləri dəyərləndirəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*