M.Binotto: Montsada yaxşı nəticə qazanmalıyıq

Ferrari komandasının rəhbəri Mattia binotto bildirib ki, İtaliyada yaxşı nəticə almalıdırlar.

F-1.az xatırladır ki, mövsümün ikinci hissəsi “qırmızlar” üçün kabus kimi keçir. Belə ki, Ferrari sıralanma turunda güclü olsa da, yarış tempində həm Red Bull, həm də Mercedes-dən geridə qalırlar.

Mattia Binotto: “Çox çətin vəziyyətdəyik. Bizdən gözlənilən nəticəni qazana bilmirik. Montsada güclü olmaq üçün işləməliyik. Pandemiyadan sonra ilk dəfə Tiffozinin önünə çıxırıq və onların tribunada olması çox vacibdir. Onlar bizi alqəışlayır və dəstəkləyirlər. Buna görə də yaxşı nəticə qazanmalıyıq.

Sıralanma turunda güclü olsaq da, yarışda zəifik. Bu da işləri çətinləşdirir. Maksla mübarizə apara bilmirik, üstəlik Mercedes-ləri də arxada tutmaqda çətinlik çəkirik. Özümüzə gəlməliyik. Mövsümün bitməsinə az qaldı. Tək məqsədimiz qalib gəlməkdir. Montsa daxil olmaqla bütün yarışlardakı hədəfimiz qələbədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*