B.Ekklstoun: “Ferrari Arrivabeneyə köməkçi tapmalıdır”

BBC-yə danışan Berni Ekklstoun Ferrari-yə yaşadığı problemləri həll etməsi üçün məsləhət verib.

F-1.az xəbər verir ki, komandadaxili məsələlərlə bağlı adətən danışmayan Berni bu dəfə Ferrari-nin Arrivabeneyə gündəlik işlərdə kömək edəcək məsləhətçi tapmalı olduğunu bildirib.

Berni Ekklstoun: “Ferrari çempion olmaq üçün yaxşı pilotlardan tutmuş, texniki təchizata qədər hər bir şeyə sahibdir. Sadəcə komandanın daixilində illər əvvəl Jan Todtu gətirmələrini məsləhət gördüyüm vaxtlardakına bənzər vəziyyət var. O vaxt da rəhbərlik komandaya italyanları cəlb etmək istəyirdi və o qərarı vermələri heç də asan olmamışdı.

Ferrari-nin çatışmayan cəhəti vaxtında düzgün qərarlar verməkdir. Təbii ki, Mauritsio komandada qalmalıdır, lakin ona gündəlik işlərdə yanında olacaq məsləhətçi lazımdır. Ferrari uğursuzluqlara görə təzyiq altındadır və belə vəziyyətdə Mauritsionu tək qoymaq olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*