S.Fettel: “Yarışdan əvvəl danışmışdıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışdan əvvəl Leklerlə anlaşmaları olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü startda Leklerin hava kisəsindən istifadə edərək, liderliyə yüksəlsə də, əvvəldən söz verdiyi kimi birinciliyi komanda yoldaşına qaytarmayıb. Pitdən sonra isə güc qurğusundakı problemə görə mübarizəni dayandırıb.

Sebastyan Fettel: “Yarışdam əvvəl anlaşmamız var idi və Şarlla danışmışdım. Hər şey çox açıq idi. Bu barədə yenidən danışacağıq. Lakin yarış məyusedici oldu. Qələbə dubluna yaxın olsaq da, üçüncü olduq.

Yaxşı start aldım və tempim var idi. Pitdən sonra isə bolidi saxlamağımı istədilər. Hibrid mühərrikdə güc yox idi. Ümid edirəm ki, motor sağlamdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*